Prezident: “Azərbaycan azad cəmiyyətdir, çoxmillətli, çoxkonfessiyalı dövlətdir”

“Azərbaycan azad cəmiyyətdir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində səsləndirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir.

“Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, ikinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi – Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə biz Qarabağda yaşayan erməni əhalisini bax buna dəvət edirik”, – deyə dövlətimizin başçısı əlavə edib.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*